Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi tədbirlər planı çərçivəsində muzeyin ekspozisiyasında nümayiş olunan Naxçıvan zərbxanasının ilkin fəaliyyətini təsdiq edən I Xosrov dövrünün gümüş drahmasını təqdim edirik. Numizmatik tədqiqatlar əsasında Azərbaycanın ilk zərbxanalarından olan Naxçıvanda I Xosrovun (531 - 579) hakimiyyətinin üçüncü ilindən (533-cü il) etibarən sikkə zərbinə başlanılıb. Həmçinin, Xosrovun xələfləri dövründə Naxçıvanda sikkə zərbi davam etdirilib və III Yəzdəgirdin (632 - 651)hakimiyyətinin yeddinci ilində (638) zərbxananın fəaliyyətinə son qoyulub. VI - VII əsrlərdə Naxçıvanda zərb edilən gümüş drahmalara pəhləvi dilində yazılar (zərb tarixi, zərbxana, hökmdarın adı, titulları, atəşpərəstlik dininə aid ifadələr) və təsvirlər (taclı hökmdarın sağ tərəfə yönəlmiş büstü, atəşgah, onu qoruyan mühafizəçilər, aypara və ulduz və d.) həkk edilib. Daha sonra tarixi mərhələlərdə bir sıra ictimai-siyasi və iqtisadi səbəblərə əsasən Naxçıvan zərbxanasının fəaliyyəti bərpa edilib. Naxçıvan xanlığının gümüş və mis sikkələri həmin zərbxananı təmsil edən son numizmatik nümunələrdir. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Naxçıvan zərbxanasının ilkin fəaliyyətini təsdiq edən gümüş sikkələr – drahmalar qorunur. Belə sikkələr Azərbaycan Respublikasının müxtəlif ərazilərində həm arxeoloji qazıntılar, həm də təsadüfi halda aşkarlanıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.