Müsəlman Şərqində ilk demokratik respublika yaradılması və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin formalaşması prosesində milli diplomatiyanın rolu diqqətə alınaraq, 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Fotoneqativ materilları fondlarında Azərbaycanın ilk diplomatlarından olan İbrahim Əbilova aid materiallar qorunur. İbrahim Əbilov 1882-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. O, Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbini birtirib. 1903-cü ildən etibarən Mahaçqalada və Bakıda çalışıb, inqilabi hərəkata qoşularaq, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in üzvü kimi faaliyyət göstərib. 1912-ci ildən İ.Əbilov "Bakı həyatı" qəzetinin redaktoru vəzifəsində işləyib. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti Parlamentinə deputat seçilib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini təyin olunub.
Əlamətdar günlə bağlı Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Azərbaycan SSR-in Türkiyədəki ilk diplomatı olmuş İbrahim Əbilova üzərinə ürək sözlərini qeyd edərək yadigar verdiyi fotoşəkli təqdim edirik. Bildiyimiz kimi Mustafa Kamal Atatürk hər zaman İbrahim Əbilova qarşı dostluq, qardaşlıq münasibəti bəsləmişdir. Fotoşəklin arxa hissəsində yazılmış “Azərbaycanın möhtərəm səfiri, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921. Ankara” sözləri bunu bir daha sübut edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.