Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vəli Quliyev 1997-ci il iyul ayının 20-də Culfa rayonun Qazançı kəndində anadan olub. 2003-2009-cu illərdə A.Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə və 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vəli Quliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Leytenant rütbəsini alan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilən və Qubadlı rayonlarınım azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 22 oktyabr Qubadlı rayonunda qəhrəmancasına şəhid olub. Şəhid V.Quliyev Naxçıvan şəhərində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Şəhid Vəli Quliyevin Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunan materillarını (kitel, şalvar, sviter, şərf, uzunqol köynək, furajka, 5 ədəd fotoşəkil) təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.