Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyevanın“Azərbaycanın VII – XIII əsrlər tarixinin tarixşünaslığı” adlı monoqrafiyası çap edilib (Bakı: “Aspoliqraf”, 2023, 424 s.). Monoqrafiyada Azərbaycanın Xilafət dövrü tarixini tədqiq edən müəlliflər və onların əsərləri haqqında məlumat verilib. Monoqrafiya həm orta əsrlər tarixini tədqiq edən mütəxəssislər, tədqiqatçılar, həm də tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, yeni nəşrdə Azərbaycanın bir sıra tədqiqatçı alimləri ilə yanaşı muzeyin əməkdaşlarının da tədqiqat işləri haqqında geniş məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.