1875-ci ilin 22 iyul tarixində maarifçi, publisist, pedaqoq Həsən bəy Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzetinin çap edilməsi ilə Azərbaycan Milli Mətbuatının əsası qoyuldu və xalqımızın milli dirçəlişi üçün yeni bir dövr başladı. "Əkinçi" qəzeti 1875-ci ilin 22 iyul tarixindən 1866-ci ilin 29 sentyabr tarixinə qədər ayda iki dəfə- 300-400 tirajla nəşr olunub. Həmin qəzetdə dövrün görkəmli alim və ziyalılarının- Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdiyi məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunub. Qəzet iki il fəaliyyət göstərməsinə baxmayaraq xalqın milli və müasir ruhda formalaşmasında böyük rolu olub.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasından Azərbaycanın mətbuat tarixini əks etdirən eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.