Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tacəddin Əzizli 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. Tacəddin Əzizli İ.Həsənov adına Sarvan kənd tam orta məktəbində, daha sonra Bakı şəhəri Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə təhsil alıb. 2012-ci ildə Ukraynanın Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutunda ali təhsil alıb, 2017-ci ildə Vətənə qayıdıb. 2017-2018-ci illərdə hərbi xidmətdə olan T.Əzizli nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2020-ci il sentyabr ayının 27- də başlayan Vətən Müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib. Tacəddin Əzizli Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhid Tacəddin Əzizli ölümündən sonra “Vətən uğrunda“ və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Tacəddin Əzizlinin Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.