18 dekabr 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
Azərbaycan kinosunun yaranması ilk dəfə 1898-ci ildə Bakıda kinosüjetlərin kütləvi nümayişi ilə başlayıb.
Fotoqraf Aleksandr Mişonun 1898-ci il avqustun 2-də lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetli filmləri müstəqil nümayiş etdirməsi Azərbaycan Kinosunun yaranma günü sayılır.
Əlamətdar günlə bağlı Azərbaycan kinosuna aid Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan materialları təqdim edirik. Nümunələr arasında "Azərbaycan kinomatoqrafiyası" (1974), "Ümumittifaq kinofestivalları" (1974) bukletləri, Bakıda keçirilən VII Ümumitiffaq kinofestivalında təşkil edilən "Yoldaş kino" konsertinin programı (1974), "Dədə Qorqud" (Sönmüş tonqalların işığı) , "Səmt küləyi" (1973), "Ürək, Ürək" (1976) bədii filmlərinin fotoşəkilləri yer alır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.