Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında saxlanılan materiallar arasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini əks etdirən xeyli sayda eksponat mövcuddur. Bu nümunələr arasında muzeyin Arxeologiya fondunda mühafizə edilən, yapma elementlərlə bəzədilmiş, qorelyef formasında hazırlanmış, qadın təsvirini əks etdirən antropomorf qab yer alır.
Qabın qulpları qadının qolları, ağız hissəsi isə qadının başı formasındadır. Sözügedən qabın burnu çıxıntılı, gözləri batıq, ağzı kəsik formasında təsvir olunub. Qulaq tərəfi sırğanı təsvir edən dairəvi yapmalarla bəzədilib. Qabın başının ətrafı isə saç düzümünü əks etdirən lentvari yapmalarla əhatələnib. Qadının boynu və sinəsi boyunbağını bildirən yapma lentlərlə əhatə olunub. Sözügedən eksponat e.ə III-I əsrlərə aid edilir və Şamaxı rayonu ərazisində tapılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.