Dünya Kazaklarının Qramaski Təşkilatının Ukrayna "Zaporojye Kazakları" Getmanının Azərbaycan üzrə nümayəndəsi, Ukraynanın keçmiş Ordu generalı, Kazak Marşalı, generalissimus Üzeyir Vahabov Azərbaycana növbəti səfəri çərçivəsində dövlət ədliyyə müşaviri, polkovnik Firdovsi Sadıqov ilə birgə Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova qonaqları qəbul edib və muzeyin fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra Ukrayna kazaklarının marşalı tərəfindən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığı və 44 günlük Vətən Müharibəsi mövzularında elmi fəaliyyətinə görə “Marşal” yubiley medalı və vəsiqəsi ilə təltif edilib.
Sonda qonaqlar muzeyin yeni elmi ekspozisiyası və H.Z.Tağıyevin ev-muzeyini ziyarət etdikdən sonra muzeyin Vətən Müharibəsi fondunun fəaliyyəti ilə də tanış olublar.
Şəfa Mövsümovu təbrik edir, yeni uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.