Ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət nazirinin müavini Avazxan Tadjixanov və Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov qonaqları salamlayıb, onları muzeydə görməkdən məmnunluğunu bildirib.
Sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir, tarixi əhəmiyyətli eksponatlar qonaqların marağına səbəb olub. Ekskursiya zamanı hər iki ölkənin tarixini, mədəniyyətini, incəsənətini birləşdirən əlaqələrdən də söhbət açılıb.
Ekspozisiyadan xoş təəssüratlarla ayrılan Özbəkistanın mədəniyyət nazirinin müavini Avazxan Tadjixanov muzeyin rəy kitabına öz ürək sözlərini yazıb və xatirə fotosu çəkilib.