Bu gün 26 avqust Azərbaycanda Muğam Günü qeyd olunur. Bu xüsusi gün Azərbaycan musiqisinin ən incə və dərin sənət nümunələrindən biri olan muğamı təbliğ etmək və onun zəngin irsini qorumaq məqsədi daşıyır. Hər il Muğam Günündə ölkənin müxtəlif bölgələrində konsertlər, tədbirlər və sərgilər təşkil olunur. Bu gün ölkəmizdə Muğam ifaçılarının və musiqisevərlərin bir araya gəldiyi, qədim musiqi sənətinə olan sevginin nümayiş etdirildiyi bir bayram kimi qeyd edilir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunan, XIX-XX əsrin əvvəllərinə aid musiqi alətlərini təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.