Bu gün, 1 sentyabr Bakı milyonçusu, xeyriyyəçi, neft sənayeçisi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümüdür. Böyük neft sahibkarı H.Z.Tağıyev Azərbaycan cəmiyyətinin maariflənməsi, sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi yolunda müstəsna xidmətlər göstərib. H.Z.Tağıyevin bu istiqamətdə fəaliyyəti və cəmiyyətə olan qayğısı hər zaman böyük ehtiramla xatırlanır.
2007-ci ildən etibarən mesenat H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Milli Azərbaycan Tarixi Muzeyində “H.Z.Tağıyevin ev-muzeyi“ fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə H.Z.Tağıyevin irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.