Sentyabrın 1-i məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının 100-cü ildönümü tamam oldu. Bu münasibətlə Mərdəkanda, H.Z.Tağıyevin dəfn edildiyi Pir Həsən ziyarətgahında tədbir keçirildi. Ziyalıların, Mərdəkan qəsəbəsi ağsaqqallarının və sakinlərinin, tələbə və şagirdlərin iştirak etdiyi tədbir H.Z.Tağıyevin, həmçinin burada dəfn olunan qızı Saranın və Axund Əbuturabın məzarının ziyarəti ilə başladı. Daha sonra toplaşanlar xeyriyyəçinin Azərbaycan xalqı üçün gördüyü işlərdən, H.Z.Tağıyev irsinin öyrənilməsinin və tanıdılmasının əhəmiyyətindən danışdılar.
Akademik Nailə Vəlixanlının başçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi tədbirdə iştirak etmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.