Birinci Qarabağ müharibəsi şəhidi Etibar Bəkirov 4 sentyabr 1964-ci ildə Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı tam orta məktəbdə təhsil alıb.
1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olub. Həmin ilin noyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 5 yanvar 1994-cü ildə qəhrəmancasına şəhid olub, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhid Etibar Bəkirova aid materiallar (kamuflyaj rəngli hərbi səhra geyimi- şalvar, 1 ədəd rəngli fotoşəkil, Etibar Bəkirov haqqında məlumatlar qeyd olunan qəzetlər (”Samur” qəzeti, 22 may 1998. “Yeni Azərbaycan” qəzeti, 4 oktyabr 1997)) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.