Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva AMEA-nın Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda "Qərbi Azərbaycan mədəniyyətində qonaqpərvərlik institutu" adlı məruzə ilə çıxış edib. Məruzədə Zəngəzurun, o cümlədən Qərbi Azərbaycanın digər
mahallarının toy və yas mərasimlərində icra edilən qonaqpərvərliik adətlərindən bəhs olunur.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və tezliklə çap olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.