Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü il tarixində Ağdam rayonunun Kosalar kəndində anadan olub. 1981-1991-ci illərdə Ağdam rayonu Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb.
Yasən Əhmədov 1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başlayıb. 1993-cü ildə Ağdam Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq, Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olunub. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb. 2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. Hərbi Hospitalda 14 gün koma vəziyyətində qalan Yasən Əhmədov oktyabrın 23-də şəhid olub, Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Yasən Əhmədova məxsus şəxsi materiallar (müharibə zamanı istifadə etdiyi hərbi zirehli gödəkçə və 9 ədəd fotoşəkili, şəhid polkovnik-leytenant Raquf Orucovla və hərbi xidməti dövründə hərbçi yoldaşları ilə çəkilmiş fotoları) mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.