XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 Sentyabr, 2024
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Türkiyə Respublikasının Kayseri şəhərində, Erciyes Universiteti tərəfindən V Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumu keçirilib. Simpoziumda muzeyin əməkdaşları - Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Qarabağda türk məzar daşları: keçmişimizdən günümüzə” və Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Erməni əlifbası ilə yazılmış türkdilli əsərlər" adlı mövzularda onlayn çıxış ediblər. H.Əliyeva məruzəsində Qarabağda 30 ilə yaxın erməni işğalçıları tərəfindən məhv edilən, mədəni mirasımız olan epiqrafik abidələrdən və məzar daşları üzərində ərəb-fars-türk dilli kitabələrin silinməsindən, eyni zamanda, Türk Dünyasının məzar daşlarının forma, ornamet, yazı nümunələri arasındakı müqayisəli cəhətlərdən bəhs edib.
Ə.Fərhadov məruzəsində Azərbaycanın islam öncəsi xristian mədəniyyəti, erməni əlifbası ilə yazılmış türkdilli əsərlər, Azərbaycanın sufi və hürufi mütəfəkkirlərinin erməni ədəbiyyatına təsiri və s. haqqında məlumat verib.
Məruzələr maraqla qarşılanıb. Beynəlxalq simpoziumun məruzələr toplusu nəşr ediləcək.