Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən Zəngi liseyinin şagirdləri üçün Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Naxçıvanın görkəmli şəxsiyyətləri və Naxçıvanın tarixi keçmişi” mövzusunda muzeydənkənar mühazirə keçirilib.
İ.Sarıyeva mühazirəsində şagirdlərə Naxçıvanın tarixə bəxş etdiyi görkəmli şəxsiyyətləri – Ümummilli lider Heydər Əliyev, Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Yusif Məmmədəliyev, Cəmşid Naxçıvanski, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli haqqında məlumat verib. Həmçinin, mühazirə zamanı muzeyin ekspozisiyasında nümayiş olunan Naxçıvanın görkəmli şəxsiyyətlərinə aid eksponatların şəkillərindən ibarət fotoslayd təqdim olunub.
Dərs interaktiv formada keçirilib və sual-cavab ilə yekunlaşıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.