XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
08 Oktyabr, 2024
Qazaxıstan Respublikasının Prezidentinin Mədəni-humanitar məsələlər üzrə müşaviri muzeyi ziyarət edib

Qazaxıstan Respublikasının Prezidentinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Malik Otarbayev və həyat yoldaşı Luiza Abdraimova Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan-Qazaxıstan mədəni-tarixi əlaqələrini birləşdirən muzeyin dəyərli materialları haqqında söhbət aparılıb. Səmimi söhbətdən sonra qonaqlar muzeyin yeni elmi ekspozisiyası ilə tanış olublar.

Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.