Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Quba Soyqırımı Memorial Kompleksində “Azərbaycan multikulturalizminin tarixi və mahiyyəti" adlı seminar keçirilib. Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov eyni adlı məruzə ilə onlayn çıxış edib. Ə.Fərhadov məruzəsində Azərbaycanda tarix boyu islam vəhdəti, tolerantlıq, multikultural mühit haqqında ətraflı məlumat verib. Məruzə maraqla qarşılanıb və sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.