Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında elmi və tarixi əhəmiyyətinə görə nadir kitab nümunələri qorunur. Bu nümunələr arasında tarixçi İnoyevs Xarlampiyinin “Последние минуты падения Византийской империи в 1453 году” (1453-cü ildə Bizans İmperiyasının süqutunun son dəqiqələri) adlı kitabını təqdim edirik. Əsər Osmanlı hökmdarı II Mehmetin hakimiyyəti illəri ərzində 1453-cü ildə Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth etməsindən bəhs edir.
Qeyd edək ki, sözügedən kitab 1854-cü ildə Sankt-Peterburqda çap olunmuş nadir incilərindən sayılır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.