Milli Azərbaycan Tarixi Muzeyində Zəngi liseyinin şagirdlərinə muzeyin unikal eksponatlarla zənginləşdirilmiş ekspozisiyasında interaktiv və ustad dərsləri keçirilib. Muzeyin “İbtidai icma cəmiyyətinin yaranması. Daş dövrü” və “Tunc və erkən dəmir dövrləri” zallarında İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən “İbtidai insanın tarixi mədəniyyəti” adlı mövzuda interaktiv dərs keçirilib. Dərs iki hissədən - ekskursiya və intellektual oyundan ibarət olub.
Daha sonra şagirdlərə muzeyin eksponatına oxşar küp formalı gips fiqurunun rənglənməsi qaydası öyrədilib. Həmçinin, şagirdlər müxtəlif əyləncəli oyunlar oynayıb, pazllar qurublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.