Milli Azərbaycan Tarixi Muzeyində İdrak liseyinin 9-cu sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyə gedən yol” adlı intellektual bilik yarışı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayeva “Müstəqillik xalqımızın ən böyük sərvətidir” adlı məruzə ilə çıxışında şagirdlərə müstəqillik dövrü ilə bağlı tarixi hadisələr haqqında ətraflı məlumat verib (foto-slaydın nümayişi ilə).
Daha sonra şagirdlər arasında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib. Üç komanda – “Zəfər”, “Müstəqillik”, “Qarabağ” komandaları arasında keçirilən yarışda iştirakçılardan suallara ən tez və düzgün cavab verən “Müstəqillik” komandası qalib seçilib.
Sonda iştirakçılara muzeyin Azərbaycanın müstəqillik dövrü tarixini əks etdirən ekspozisiya zallarında, H.Z.Tağıyevin ev muzeyində ekskursiya aparılıb və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.