18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində 245 nömrəli tam orta məktəbin şagirdlərinə “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının müstəqilliyinin bərpası" adlı açıq dərs keçirilib.
Əlamətdar günlə bağlı Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı şagirdlərə muzeyin Azərbaycanın müstəqillik dövrü tarixini əks etdirən ekspozisiya zallarında məlumat verib.
Daha sonra şagirdlərə gips fiquru üzərində simvolik suvenir rənglənməsi qaydası öyrədilib. Şagirdlər, həmçinin müxtəlif intellektual-əyləncəli oyunlar oynayıb, pazllar qurublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.