25 oktyabr 2024-cü il tarixində 16:00-da Milli Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI-XIII əsr hərb sənəti” kitabının təqdimatı keçiriləcək.
Kitabda ilk dəfə olaraq Azərbaycan tarixində mühüm və eyni zamanda az öyrənilmiş məsələlər öz əksini tapıb.
Y.Ağayev Azərbaycanın orta əsr hərb tarixi məsələlərinə həsr olunmuş bir sıra kitab və məqalələri ilə geniş ictimaiyyətdə tanınır. Müəllif yeni kitabında böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə hərb sənətinin öyrənilməsi üçün mənbə kimi müraciət edib. Kitabda çox sayda illüstrativ materiallardan istifadə edən Yusif Ağayev şairin əsərlərindəki məlumatları dövrün digər mənbələri ilə müqayisə edib.
Qeyd edək ki, tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin layihəsi olan "Azərbaycan Atabəyləri" serialı haqqında məlumat veriləcək. Nizami Gəncəvi dövrünün hərbi-siyasi hadisələrindən bəhs edən serial üzərində AZ TV, eləcə də Türkiyənin "İkinci Yeni Film Production" və Azərbaycanın "Şahdağ Film Prdoduction" şirkətləri müştərək çalışıblar. Həmçinin, tədbirdə filmdə istifadə edilmiş hərbi geyimlər, serialdan kadrlar nümayiş olunacaq.
Tədbirə giriş sərbəstdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.