Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində Zəngi liseyinin şagirdlərinə interaktiv və ustad dərsləri keçirilib.
İki hissədən ibarət olan dərsdə Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı şagirdlərə H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib. Q.Qafarlı muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası, binanın memarlıq bəzəyinin nəbati ornamentləri, binada yerləşən Qış bağı, həmçinin H.Z.Tağıyevin təşəbbüsü ilə açılan Mərdəkan bağçılıq məktəbi, onun Bakının ekologiyasının abadlaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Eyni zamanda yaşıllığın bərpası və qorunması haqqında məlumat verib.
Dərsin ikinci hissəsində isə şagirdlər üçün intellektual oyun - kvest təşkil olunub.
Sonda şagirdlərə küp qab formasında çiçək təsviri olan gips fiqurların rənglənməsi üzrə ustad dərsi keçirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.