Bu gün tanınmış Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasından 142 il ötür. Hüseyn Cavid 1882-ci il oktaybrın 24-də Naxçıvanda anadan olub. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının inkişafında mühüm rolu olan Hüseyn Cavid 1938-ci ildə repressiya qurbanı olub, 1956-ci ildə isə ölümündən sonra bəraət alıb.
Hüseyn Cavidin Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan fotoşəkilini təqdim edirik. 1925-ci ilə aid olan fotoşəkildə şair Abdulla Şaiq, ədəbiyyatşünas İsmayıl Hikmət və Hüseyn Cavid (soldan sağa 3-cü) təsvir olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.