Azərbaycan Dillər Universitetində "Yaşıl dünya naminə həmrəylik: miqrasiya və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov sözügedən mövzu ilə bağlı çıxış edərək, müqəddəs dini kitablarda və folklorda bəşərin yaranışından bəri təbiətin qorunmasının insanın əsas vəzifəsi olduğunu vurğulayıb.
Mövzu maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.