Bu gün Qubadlı şəhərinin düşmən işğalından azad olmasından 4 il ötür. Əlamətdar günlə bağlı Qubadlı şəhərində aşkarlanmış, Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyasından nadir sikkələri təqdim edirik. Qubadlı şəhərinin tarixi, mədəniyyəti, iqtisadiyyatı ilə əlaqədar bir sıra maddi-mədəniyyət tapıntıları sırasında numizmatik faktlar xüsusilə fərqlənir.
Qeyd edək ki, vaxtilə Qubadlı şəhərində aşkarlanmış sikkə dəfinəsi 15 dekabr 1987-ci il tarixində muzeyin Numizmatika fonduna təhvil verilib. Həmin sikkə dəfinəsinin numizmatik tədqiqi nəticəsində Cəlairi hökmdarı – I Hüseyn (Cəlaləddin, 776 – 784 = 1374 – 1382) dövrünün Şamaxı, Şabran, Marağa, Vastan, Hunan və Cəlairi hökmdarı - Əhməd (hicri 784 – 813 = 1382 – 1410) dövrünün Təbriz, Əlincə, Naxçıvan və Teymuri hökmdarları –Teymur və Mahmud xan (hicri 790 – 807 = 1388 - 1404) dövrünün Sari, Kaşan, Bağdad, Təbriz, Yəzd, Mərvdə zərb edilmiş gümüş sikkələri müəyyən edilib.
Qubadlıda aşkarlanmış dəfinə XIV əsrin sonu və XV əsrdə Azərbaycanda sikkə zərbi və ticarət əlaqələri haqqında dəyərli məlumatlar təqdim edən nadir və əhəmiyyətli numizmatik tapıntıdır. Dəfinə həmin dövrdə Azərbaycanın ticarət şəbəkələri və iqtisadi əlaqələrini tədqiq etməklə yanaşı, o dövrün pul dövriyyəsini öyrənmək üçün də geniş imkanlar yaradır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.