Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi t.ü.f.d., dos. Sevinc Nəsirovanın “Azerbaycan’da yaşayan Ahıska türklerinin etno-kültürel özellikleri: Kuba ve Haçmaz Bölgesi Örneğinde” adlı məqaləsi beynəlxalq indeksli Akademik tarih ve düşünce jurnalında dərc olunub (Cild 11, Sayı 5, 2024. S. 3035- 3044). Məqalədə Azərbaycanın Quba-Xaçmaz bölgəsində məskunlaşmış Ahıska türklərinin məişət həyatı, adət-ənənələri, etno-mədəni xüsusiyyətləri tədqiq olunub.
Qeyd edək ki, məqalə S.Nəsirovanın 2022-ci ildə Quba-Xaçmaz bölgəsinə ezamiyyəti zamanı toplanan etnoqrafik materiallar əsasında yazılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.