28 oktyabr 2020-ci ildə Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” tipli raketinin atılması nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Eyni zamanda, 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən çox fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəymişdir.
Həmin raketin qalığı 2021-ci il tarixində ANAMA tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə Vətən Müharibəsi fondunda daimi saxlanılmağa verilib. Smerç raketinin qalığının diametri-27 sm, uzunluğu – 2.53 metrdir.
Sözügedən raketin qalığı muzeydə 2021-ci ildə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə ictimaiyyətə təqdim olunub. Hazırda isə muzeyin elmi ekspozisiyanın “Zəfər “ zalında nümayiş olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.