Tanınmış arxeoloq, Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru Latife Summerer tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda təlim keçirilib.
Təlimdə muzey əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
Təlim zamanı “Muzey pedaqogikası”, “Arxeologiya və turizm”, “Turizm üçün qorunan ərazilərin açılması”, “Muzeylərin təhsildə rolu” adlı mövzular üzrə müzakirə aparılıb və suallar Latife Summerer tərəfindən ətraflı cavablandırılıb.
Daha sonra muzeyin ekspozisiya zallarında iştirakçılar üçün eksponatların təqdimatı mövzusunda praktiki təlim baş tutub.
Sonda xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.