Azərbaycanda qədim dövrlərdən bəri atlar insanların həm hərbi, həm də gündəlik məişət həyatında mühüm rol oynayıb. Tarixən strateji əhəmiyyətə malik olan bu heyvanlar döyüşlərdə dözümlülükləri ilə fərqlənmiş, həmçinin ticarət yollarında və kənd təsərrüfatında etibarlı vasitə kimi istifadə edilmişdir. Eyni zamanda, atların bəzədilməsində istifadə olunan aksesuarlar, bəzək elementləri estetik zövq və ustalıqla zənginləşdirilərək həm atlara gözəllik qatmış, həm də onların statusunu vurğulamışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan təkəlduz, güləbətin kimi tikmə üsulları ilə bəzədilmiş yəhərüstülər Azərbaycan xalq sənətkarlığının incəliklərini və atçılıq mədəniyyətində estetikaya verilən yüksək önəmi əks etdirir. Əsasən məxmər parçalar üzərində tətbiq olunan tikmələr qabarıq və gözoxşayan görünüşü ilə seçilir.
Qeyd edək ki, təqdim olunan nümunə Şəki bölgəsinə məxsus əl işidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.