XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 Oktyabr, 2024
COP29 ərəfəsində Polşa Respublikasının nümayəndə heyəti muzeyi ziyarət edib

COP29 (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən illik beynəlxalq iqlim konfransı ərəfəsində Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq səviyyədə təbliği üçün müxtəlif ölkələrdən gələcək yüksək səviyyəli nümayəndə heyətləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər. Bu baxımdan Polşa Respublikasının Azərbaycandakı səfir əvəzedicisi Mixal Qrecylo və Polşadan nümayəndə heyəti, eyni zamanda səfirliyin bir sıra əməkdaşları ilə birlikdə muzeydə görüş keçirilib. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Eyni zamanda, Azərbaycan-Polşa mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb.

Sonra qonaqlar muzeyin yeni elmi ekspozisiyası ilə tanış olublar və xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya ediblər. Qonaqlar qeyd ediblər ki, məşhur polyak memarı Yuzef Qoslavski tərəfindən layihələndirilmiş bu tarixi bina və burada fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın maddi-mədəni irsinin zənginliyini dərindən anlamaq üçün unikal bir platformadır.