Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında orta əsrlərə aid çox sayda tapıntı mövcuddur. Təqdim olunan qədim qab dövrün incəsənət və sənətkarlığında estetik zövqü göstərir, eyni zamanda üzərindəki incə detallarla zənginləşdirilmiş quş, çiçək və təbiət motivləri xalqın təbiətə olan bağlılığını əks etdirir. XIV-XVI əsrlərə aid farfor su qabı ağ gildən hazırlanıb, gövdəsi altı bucaqlıdır. Qabın bütün səthi ağ fon üzərində verilmiş mavi rəngli təsvirlərlə bəzədilib. Qabın boğazı ağ dairə içərisində mavi romblardan ibarət zolaqla əhatələnib. Üz tərəfində mərkəzdə isə daşın üstündə oturmuş vəziyyətdə quş təsvir olunub.
Təsadüfi deyil ki, təbiət təsvirləri məhz su qabı üzərində həkk olunub və suyun özündə daşıdığı həyatverici güc eksponatın unikallığını bir daha sübut edir.
Qeyd edək ki, farfor su qabı Nardaran qalasından tapılıb və hazırda muzeyin yeni ekspozisiyasında nümayiş olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.