5-6 noyabr 2024-cü il tarixlərində Bakı Dövlət Universiteti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə t.e.d., professor Qüdrət İsmayılzadənin 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova “I Qarabağ Müharibəsinin Azərbaycanın mədəni irsinə təsiri”, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Professor Qüdrət İsmayılzadənin Azərbaycanın erkən əkinçilik mədəniyyəti ilə bağlı tədqiqatları”, həmin şöbənin əməkdaşları - elmi işçi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Qarabağ və Zəngəzurun mədəni irsi epiqrafik tədqiqatlarda”, t.ü.f.d., Aidə İsmayılova “Azərbaycanın orta əsr şəhərləri arxeoloji materiallar kontekstində: problemlər və müasir yanaşmalar”, t.ü.f.d. Laçın Mustafayev “Azərbaycanda erkən sivilizasiya və sinifli cəmiyyətin izləri Xocalı-Gədəbəy mədəniyyəti kontekstində (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında) (onlayn)”, Mircavid Ağalarov “Qarabağın orta əsr şəhərlərinin səlcuq dövrü fayans məmulatı haqqında” (onlayn), Numizmatika fondunun müdiri Sənurə Dostiyeva “Qarabağ və Şərqi Zəngəzurdan tapılmış XVI əsr Avropa talerləri”, həmin fondun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Şuşa ərazisində aşkarlanmış antik və son orta əsrlərə aid sikkələr” adlı məruzələrlə çıxış ediblər.
Konfrans zamanı iştirakçılar Qarabağ və Zəngəzurun müxtəlif dövrlərdəki tarixini yenidən öyrənməyə və canlandırmağa imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irs haqqında ətraflı məlumat veriblər.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.