Milli Azərbaycan Tarixi Muzeyində Humayun qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən Yurdum-sosial eko-kənd layihəsinin iştirakçıları- xüsusi qayğıya ehtiyacı olan gənclər üçün “Boyalı küp” ustad dərsi keçirilib. Ustad dərsində şagirdlərə küp formalı gips fiqurun rənglənməsi qaydası öyrədilib. Gənclər həmçinin müxtəlif əyləncəli oyunlar oynayıblar.
Sonda muzeyin yeni ekspozisiyasına ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.