27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin hərbi gücü ilə ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış Vətən Müharibəsində ordumuzun döyüş meydanında əldə etdiyi parlaq qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə yol açdı. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsinin, xüsusilə 8 noyabr tarixində Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 8 noyabr hər il ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.
Qeyd edək ki, 2021-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində şanlı zəfərimizin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Vətən Müharibəsi fondu fəaliyyət göstərir. Fondda şəhid və qazilərimizin şəxsi əşyalarının sayı 3000-i keçib.
Əlamətdar günlə bağlı muzeyin yeni ekspozisiyasının Vətən Müharibəsinə həsr olunmuş Zəfər zalında nümayiş olunan eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.