BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində “Yaşıl dünya” adlı interaktiv dərs və master-klass keçirilib. Dərsdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.
İlk olaraq dərnək üzvlərinə H.Z.Tağıyevin ev-muzeyində ekskursiya aparılıb. Muzeyin yerləşdiyi bina və məşhur xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Ekskursiya zamanı binanın interyerində yer alan nəbati ornamentlər, binanın “Qış bağı”, həmçinin H.Z.Tağıyevin Bakının ekologiyasının abadlaşdırılması istiqamətində gördüyü işlərdən, onun təşəbbüsü ilə açılan Mərdəkan bağçılıq məktəbindən danışılıb.
Sonra iştirakçılar üçün intellektual oyun- kvest təşkil olunub.Tədbirin praktiki hissəsində isə buta formasında olan gips fiqurların rənglənməsi üzrə ustad dərsi keçirilib və sonda iştirakçılar pazllar qurub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.