XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
18 Noyabr, 2024
2013-cü ildə COP19-un təşkilində iştirak etmiş, Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin dövlət katibi və nazir müavini muzeyi ziyarət edib

Ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən, 2013-cü ildə COP19-un təşkilində mühüm rol oynamış Polşa Respublikasının İqlim və Ətraf Mühit Nazirliyinin dövlət katibi və nazir müavini Kşiştof Bolesta və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Ziyarət zamanı qonaqlara Azərbaycanın zəngin mədəni və tarixi irsini əks etdirən eksponatlar barədə geniş məlumat təqdim olunub. Həmçinin,  muzeyin yerləşdiyi bina – məşhur polşalı memar İosif Qoslavskinin layihəsi əsasında inşa edilən tarixi tikili barədə də ətraflı informasiya verilib. Muzeyin ekspozisiyasından böyük təəssürat aldığını vurğulayan Kşiştof  Bolesta qeyd edib ki, polşalı memarların layihələri əsasında inşa edilmiş bu cür mühüm binalar Azərbaycan-Polşa mədəni əlaqələrinin tarixi köklərini və onların dərinliyini əks etdirir.