Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə onlayn formatda "Azərbaycan qəzetində (1947-1949) orta əsrlər türk-islam ədəbiyyatına baxış" adlı elmi seminar keçirilib. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov seminarda "Azərbaycan qəzetində (1947-1949) orta əsrlər türk-islam ədəbiyyatına baxış" adlı məruzə ilə çıxış edib. Məruzədə qəzet materialları əsasında Azərbaycanda islamlaşma və orta əsr dövlətləri, şair və filosofları, islam mədəniyyəti haqqında məlumat verilib. Məruzə maraqla qarşılanıb, verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.