Milli Azərbaycan Tarixi Muzeyi və Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib (onlayn). Tədbirdə MDU-nun Təhsil fakültəsinin dekanı dosent Nizami Zeynalov çıxış edib və Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova tədbirə moderatorluq edib. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, universitetin professor, müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri- Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.