Rusiya Federasiyası Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikov, həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov və AMEA Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Qriqori Trubnikova muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Muzeyin kolleksiyasında nümayiş etdirilən qədim arxeoloji tapıntılar, etnoqrafik materiallar və milli geyimlər qonaqların xüsusi marağına səbəb olub.
Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.