2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda həmin hadisə zamanı şəhid olmuş Sərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı Emil Nəzir oğlu Nəzirov, Dövlət Sərhəd Xidmətinin polkovniki Fizuli Əli İbram oğlu Cavadov, Dövlət Sərhəd Xidmətinin mayoru Murad Yaşar oğlu Məmmədov, Dövlət Sərhəd Xidmətinin mayoru Emil Şahid oğlu Mayılov, Sərhəd Qoşunlarının kapitanı, Vətən Müharibəsinin iştirakçısı şəhid Cavid Əhliman oğlu Bayramlıya və Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən Müharibəsinin iştirakçısı Abdulla Telman oğlu Süleymanova məxsus materiallar mühafizə edilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.