Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qədim dövrdən XX əsrə qədərki dövrə aid olan çox sayda tapıntı mövcuddur. Azərbaycanda bədii metal sənətinin tarixi kökləri metalişləmənin erkən təşəkkül mərhələsi ilə bağlı olsa da, zərgərlik məmulatı istehsalının inkişafı nisbətən sonrakı dövrlərə təsadüf edir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan müxtəlif çeşiddə qızıl və gümüş məmulatı- baş bəzəyi, bilərzik, toqqa, boyunbağı, üzük, sırğa və s. yerli sənətkarların ustalığından, onların texniki cəhətdən yüksək inkişaf səviyyəsindən xəbər verir.
Təqdim olunan XIX əsrə aid baş bəzəyi unikallığı ilə seçilir. Baş bəzəyi bir-birinə bərkidilmiş, yuxarısı dalğa şəkilli və günbəzvari başlıqlı üç oynaq lövhədən ibarətdir. Lövhələr şəbəkə fonunda dənəciklərlə tamamlanan iri “vov”larla, ətəyi isə dənəcikli “badam” asmalarla bəzədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.