Türkiyənin tanınmış muzey kuratoru Salih Doğan Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı muzeydə görməkdən məmnun olduğunu bildirib. Akademik N.Vəlixanlı Salih Doğana muzeyin tarixi, kolleksiyaları və fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə Salih Doğana muzeyin yeni ekspozisiyasında nümayiş olunan eksponatlar barədə geniş məlumat verib və verilən sualları cavablandırıb.
Sonda qonağa muzeyin nəşrləri hədiyyə edilib və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.