Rusiyanın Əməkdar mədəniyyət işçisi, "Keramarx" Memarlıq və Bədii Keramika Muzeyinin kuratoru M.L.Makoqonova Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Qonağı muzeyin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin baş mühafizi Məhfuzə Zeynalova qarşılayıblar. M.L.Makoqonova Milli Azərbaycan Tarixi Muzeyinin zəngin ekspozisiyası ilə tanış olub. Qonağa muzeydə saxlanılan tarixi eksponatlar, Azərbaycanın qədim mədəni irsi və muzeyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. M.L.Makoqonova muzeyi ziyarət edikdən sonra muzeyin binasının tarixi əhəmiyyətini və ekspozisiyada nümayiş olunan unikal eksponatların nadirliyini yüksək dəyərləndirib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.