Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının bərpaçıları- rəngkarlıq, qrafika, kağız konservasiyası və bərpası sektorunun müdiri Moldimanova Gülyaim Xamitovna və keramika, çini və şüşənin konservasiyası və bərpası sektorunun rəssam-bərpaçısı Edresova İndira Bauırjankızı təlimdə iştirak ediblər. Təlim muzeyin bərpa laboratoriyasının əməkdaşları tərəfindən keçirilib. Təlim zamanı bərpa texnologiyaları, müxtəlif materiallardan hazırlanmış eksponatların bərpa və konservasiya prosesləri, eləcə də tətbiq edilən yeni metodlar haqqında məlumat verilib. Muzeyin bərpa laboratoriyasının əməkdaşları tərəfindən keçirilən praktik təlim sessiyaları zamanı iştirakçılar müxtəlif bərpa texnikalarını əyani şəkildə öyrənib və təcrübədə tətbiq ediblər.
Sertifikatların təqdimat mərasimində iştirakçılar Milli Azərbaycan Tarixi Muzeyinə və təlim təşkilatçılarına təşəkkür edərək, əldə etdikləri bilik və təcrübənin onların peşəkar fəaliyyətinə mühüm töhfə verəcəyini vurğulayıblar. Təlim iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığın güclənməsinə xidmət edən əhəmiyyətli bir addım kimi qiymətləndirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.