Azərbaycan Milli Xalça Muzeyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın növbəti təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova iştirak ediblər.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova təqdimat mərasimində çıxış edərək, qonaqları salamlayıb və bu nadir sənət əsərinin muzeydə sərgilənməsini əlamətdar hadisə olduğunu vurğulayıb.
Daha sonra Mədəniyyət naziri Adil Kərimli çıxış edərək, Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalçanı qədim milli xalça sənətinin ən yaxşı ənənələrinin davamı kimi qiymətləndirib: “Bu triptix-xalça, əslində, Ulu öndərin həyatının, amalının xalça dilində kodlaşdırılmış hekayəsidir. Bu əsər yeni olsa da, qədim mədəni irsin daşıyıcısıdır”.
Sonra Azərxalça ASC İdarə Heyətinin sədri, ensiklopedik xatirə xalça kompozisiyasının müəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov xalça üzərində necə çalışdıqları barədə geniş məlumat veriblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.