Orta əsr Ağsu şəhərinin Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə seminar keçirilib (onlayn). Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d Aygün Məmmədova “Ağsuda aşkarlanan numizmatik tapıntılar” adlı məruzə ilə çıxış edib. A.Məmmədova Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan, Ağsu rayonunun Nüydi və Xatman kəndlərində tapılmış sikkə dəfinələri haqqında məlumat verib. Tədqiqatçı çıxışında Nüydi dəfinəsindəki gümüş drahmalar (e.ə. II-I ə.; çəkisi 2 - 3 q) və Xatman dəfinəsindəki gümüş abbasıların (XVIII əsrin sonu; çəkisi 2,6 q) tipologiyası, çəkisi, metroloji göstəriciləri, pul təsərrüfatındakı rolu ilə yanaşı məruzədə həm də belə tapıntıların müasir dövrümüzdə qorunması, təbliğinin vacibliyi xüsusi vurğulayıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.